About Us Rooms Restaurant & Bar Meeting Health Club Reservation Contact Us PhotoTour


   Musado otelindəki restoran Bakıda olan ən eksklüziv və eleqant restoranlardan biridir. Təravətli yerli tərəvəz və meyvələr, Xəzər dəniz məhsulları və qoyun əti milli ədviyyatla hazırlanır, ləziz desert Azərbaycanın məşhur şərablarının geniş çeşidi ilə müşayiət edilir. Bura hər növ görüşlərin keçirilməsi üçün ideal məkandır. Xüsusi hallar üçün, parka açılan möhtəşəm görünüşlü otaqlarda, hazırlanan qəlyanaltılarımızdan həzz alın. Bakı axşamlarını otelimizin göz bəbəyi olan “Siqara Bar”da keçirə bilərsiniz. Hər cür kokteylər və elitar içki çeşidləri sizin zövqünüzü oxşayacaq. Sizin rahatlığınız üçün geniş rəqs meydanı mövcuddur.
    Musado Hotel Baku. All right reserved. Designed by D&F studio